Bakıda türkiyəli DJ Berat Mert Demirin ilk solo konserti böyük maraqla qarşılanıbbackend

Bakıda türkiyəli DJ Berat Mert Demirin ilk solo konserti böyük maraqla qarşılanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış DJ-lərindən olan Berat Mert Demir Bakıda ilk dəfə solo konsert proqramı ilə çıxış edib.

Paytaxtın məşhur əyləncə məkanlarından birində təşkil olunan tədbir musiqisevərlərin böyük marağına səbəb olub.

Konsertə 1100-dən çox tamaşaçı qatılıb. Gecə boyunca səsləndirilən elektron musiqi nümunələri, xüsusi işıq effektləri və dinamik şou proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Məkanın tam dolduğu tədbirdə qonaqlar sevilən ritmlər altında unudulmaz anlar yaşayıblar.

Təşkilatçıların sözlərinə görə, Berat Mert Demirin Bakıda ilk solo çıxışı gözləniləndən daha böyük maraq doğurub. Konsertdən görüntülər sosial şəbəkələrdə də geniş yayılıb və qısa müddətdə minlərlə baxış toplayıb.

Qeyd edək ki, Berat Mert Demir son illər Türkiyə və müxtəlif ölkələrdə uğurlu çıxışları ilə tanınır. Onun Bakıda baş tutan ilk solo konserti yerli auditoriyanın sənətçiyə olan yüksək marağını bir daha nümayiş etdirib.