NATO təsdiqlədi: Rumıniyada yaşayış binasına çırpılan dron Rusiyaya məxsus olubbackend

NATO təsdiqlədi: Rumıniyada yaşayış binasına çırpılan dron Rusiyaya məxsus olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın Qalați şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya aid olduğu NATO tərəfindən təsdiqlənib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte hadisə ilə bağlı açıqlamasında alyansın hər bir üzv ölkənin təhlükəsizliyini qorumağa qadir olduğunu vurğulayıb.

Rumıniya hakimiyyətinin məlumatına görə, Ukraynaya qarşı həyata keçirilən kütləvi hava hücumu zamanı istifadə olunan Rusiya dronlarından biri ölkənin hava məkanına daxil olaraq Qalați şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Rumıniya prezidenti Nikuşor Dan insidenti ölkənin təhlükəsizliyi üçün ciddi hadisə adlandırıb və hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Astanada jurnalistlərə açıqlamasında pilotsuz uçuş aparatının hansı ölkə istehsalı olduğu yalnız hərtərəfli araşdırmadan sonra müəyyən edilə biləcəyini deyib. Putin son aylarda Avropa ölkələrinin ərazisinə Ukrayna mənşəli dronların da daxil olduğunu xatırladaraq, hadisə ilə bağlı qəti nəticəyə gəlməyin hələ tez olduğunu bildirib.

Beləliklə, NATO və Rumıniya rəsmiləri dronun Rusiya mənşəli olduğunu bəyan etsələr də, Moskva bu qiymətləndirmə ilə razılaşmır və araşdırmanın nəticələrini gözləməyə çağırır.