Türkiyədə yaşamaq istəyənləri maraqlandıran QƏRARbackend

Türkiyədə yaşamaq istəyənləri maraqlandıran QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayış icazəsi (VNH) üçün müraciət zamanı əlavə ödənişlərin tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib.

Musavat.com xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yerli mediada yayılan xəbərlərə münasibət bildirərək, yaşayış icazəsi üçün müraciət zamanı əlavə rüsumların alınmadığını açıqlayıb.

Nazirliyin nümayəndəsi Mustafa Çiftçinin sözlərinə görə, hazırda yaşayış icazəsi üçün müraciət haqqı 964 türk lirəsi (təxminən 21 ABŞ dolları) təşkil edir və bu məbləğ il ərzində dəyişmir.

“Bundan əlavə, yaşayış icazəsi almaq üçün müraciətlərin qəbulu zamanı heç bir əlavə ödəniş tutulmur”, – deyə o bildirib.

Türkiyə Daxili İşlər Nazirliyinin 21 may tarixinə olan məlumatına əsasən, ölkədə 1,2 milyon xarici vətəndaş yaşayış icazəsinə malikdir. Onların 75,5 min nəfəri Rusiya vətəndaşıdır.