ABŞ-yə məxsus “MQ1” pilotsuz uçuş aparatı (PUA) İranın ərazi suları üzərindəki hava məkanını pozub. Hava hücumundan müdafiə (HHM) qüvvələri aparatı vurublar.
Oxu.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) yaydığı bəyanatda bildirilib.
“Buş gün səhər tezdən düşmən xarakterli əməliyyat həyata keçirmək məqsədilə İranın ərazi sularına daxil olan ABŞ ordusuna məxsus “MQ1″ pilotsuz uçuş aparatı SEPAH-ın müasir HHM sistemləri tərəfindən dərhal aşkarlanaraq raket zərbəsi ilə vurulub”, – deyə məlumatda qeyd olunub.
SEPAH-dan bildirilib ki, İranın ərazi suları üzərindəki hava məkanı tam nəzarət altındadır və onun hər hansı formada pozulmasına qətiyyətli cavab veriləcək.


