Jurnalistdən AZAL-a sərt ittihamlar: “İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!” – QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIBbackend

Jurnalistdən AZAL-a sərt ittihamlar: “İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!” – QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsafınız olsun, heç olmasa övladı xaricdə təhsil alan valideynlərə yazığınız gəlsin. Biletlərin qiyməti çox bahadır, uşaqlar evə necə gəlsin?”.

Bunu Feysbuk-dakı hesabında jurnalist Zülfiyyə Quliyeva yazıb.

Onun sözlərinə görə, aviabiletlərin qiyməti göyün üzündədir: “AZAL biletlərə soyğuncasına qiymətlər qoyub. Heç olmasa, tələbələr üçün quru sərhədləri açın. Yaxud bir mexanizm düşünün, vallah bu millət yazıqdır. AZAL tələbələr üçün cüzi endirim edir, amma bileti əvvəldən ucuz qiymətə alanlara bu güzəşt şamil olunmur. Ankaradan Bakıya min manata bilet olar?! Camaat Türkiyədən Fransaya 80 dollara uçur. Bu postu paylaşın, bəlkə tələbələr üçün alternativ variant fikirləşərlər. Allah bunların gözünü doydursun”.

Mia.az-ın əməkdaşının qısa araşdırması zamanı aydın olub ki, Bakı-Ankara reysinə ən ucuz bilet, yəni, ekonim sinifə bilet bu gündən ta 1 iyunadək 657 manat- 1249 manat arası dəyişir: “Bakıdan İstanbula isə günə uyğun 1165 manadan 949 manata qədər qiymət “fırlanır””.

Biletlərin son qiymətləri ilə AZAL-ın rəsmi saytından screenshot olunan aşağıdakı cədvəldən detallı tanış ola bilərsiniz.

Məlumat üçün qeyd edək ki, qonşu Gürcüstandan qeyd edilən şəhərlərə uçuş azı 3 dəfə ucuzdur.

MİA.AZ