Ərəb Liqası ölkələri İranı təmkinli olmağa çağıraraq, münaqişənin şiddətlənməsi və döyüşlərin genişlənməsi halında region üçün ağır nəticələrə səbəb ola biləcəyini bildiriblər.
“Ərəb Liqasının üzv dövlətləri İranı dərhal gərginliyi azaltmağa və münaqişənin genişlənməsinin qarşısını almaq üçün ehtiyatlı olmağa çağırır ki, bunun nəticələri olduqca ağır olacaq.”, – Ərəb Liqasınən bəyanatında deyilir.
Fars körfəzi ölkələri də İranın hücumlarına hərbi cavab vermə ehtimalının olduğunu bildiriblər. Bu, kollektiv müdafiə tədbirlərinin bir hissəsi olaraq həyata keçiriləcək.
Xatırladaq ki, ABŞ və İsrail şənbə günü İrana qarşı hərbi əməliyyata başlayıblar. ABŞ prezidenti Donald Tramp hücumların səbəbi kimi İranın nüvə danışıqlarında irəliləyişin olmamasını göstərib. Tehrana və İranın digər şəhərlərinə edilən hücumlar Ayətullah Əli Xamenei də daxil olmaqla, İranın siyasi və hərbi elitasının üzvlərini öldürüb.
//Samir Qurbanov, Editor.az

