Həkim beynin normal fəaliyyəti üçün minimum yuxu müddətini açıqladıbackend

Həkim beynin normal fəaliyyəti üçün minimum yuxu müddətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxunun gündə altı saatdan az olması artıq növbəti gün beynin fəaliyyətinə nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə somnoloq (yuxu üzrə mütəxəssis) Nuriya Rur xəbərdarlıq edib. Onun sözlərinə görə, xroniki yuxusuzluq diqqət, qərarvermə qabiliyyəti və davranışa nəzarət kimi mühüm funksiyaları zəiflədir.  

Mütəxəssis bildirib ki, kifayət qədər yatmadıqda beynin planlaşdırma, diqqətin cəmlənməsi, risklərin qiymətləndirilməsi və icraedici nəzarət funksiyalarına cavabdeh olan prefrontal korteksinin fəaliyyəti zəifləyir. Nəticədə insanın diqqətini tapşırıqlara yönəltməsi, məlumatları təhlil etməsi və düşünülmüş qərarlar qəbul etməsi çətinləşir.  

Araşdırmalar göstərir ki, yuxu çatışmazlığı yaradıcılığa və ümumi idrak məhsuldarlığına da mənfi təsir edir. Belə hallarda beyin informasiyanı emal etməkdə və qeyri-standart həll yolları tapmaqda daha zəif nəticələr göstərir ki, bu da həm iş fəaliyyətində, həm də gündəlik həyatda özünü büruzə verir.  

Bundan əlavə, az yatmaq beynin mükafatlandırma və həzz axtarışı ilə əlaqəli neyron sistemlərinin aktivliyini artırır. Bu isə insanların daha impulsiv davranmasına, riskli addımlar atmasına və kifayət qədər düşünülməmiş qərarlar verməsinə səbəb olur. Başqa sözlə, yuxusuzluq özünənəzarəti zəiflədərək ani mükafata meyli gücləndirir.  

Ekspert vurğulayıb ki, keyfiyyətli gecə yuxusu təkcə enerji bərpası üçün deyil, həm də beynin ali funksiyalarının normal işləməsi üçün vacibdir. Onun sözlərinə görə, müntəzəm olaraq altı saatdan az yatmaq yaddaşın, diqqətin və öyrənmə qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir. Uzunmüddətli perspektivdə isə bu hal müxtəlif nevroloji və psixi pozuntuların yaranma riskini artıra bilər.  

//Gülnarə Abasova, Editor.az