ABŞ və Çin Si Cinpinin Vaşinqtona səfərinin statusu ilə bağlı mübahisə edibbackend

ABŞ və Çin Si Cinpinin Vaşinqtona səfərinin statusu ilə bağlı mübahisə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin rəsmiləri Çin Prezidenti Si Cinpinin Vaşinqtona planlaşdırılan səfərinin statusu ilə bağlı bir neçə həftə müzakirələr aparıblar.

Editor.az “The Wall Street Journal”ın məlumatına istinadla xəbər verir ki, Pekin səfərin ən yüksək diplomatik səviyyədə təşkil olunmasını istəyib. Çin tərəfi ABŞ-dakı qəbulun miqyasının ABŞ Prezidenti Donald Trampın bu ilin mayında Çinə səfəri zamanı təşkil olunan mərasimlərə uyğun olmasına çalışıb.

Nəticədə Si Cinpinin Vaşinqtona səfərinə dövlət səfəri statusu verilib. Proqrama Ağ Evdə rəsmi qarşılanma mərasimi, hərbi fəxri qarovul, 21 topdan yaylım atəşi və dövlət ziyafəti daxildir.

Məlumata görə, üçgünlük səfər sentyabrın 23-də başlayır. Si Cinpin və Donald Tramp arasında əsas danışıqların sentyabrın 24-də keçirilməsi planlaşdırılır.

Görüş zamanı tərəflərin bir sıra mühüm məsələləri, o cümlədən iki ölkə arasında tariflər üzrə atəşkəsin uzadılması, ticarət əlaqələri, kritik əhəmiyyətli mineralların tədarükü və süni intellekt sahəsində əməkdaşlığı müzakirə etməsi gözlənilir. Bundan əlavə, Trampın Çinin İrana təzyiq göstərməsini istəyə biləcəyi, Si Cinpinin isə Tayvan məsələsini və ABŞ-ın adaya silah tədarükünü gündəmə gətirəcəyi bildirilir.

Qeyd edək ki, Donald Tramp və Si Cinpin sonuncu dəfə bu ilin mayında Pekində görüşüblər.

//Gülnarə Abasova, Editor.az