İndoneziyanın paytaxtı Cakarta yaxınlığında baş verən qatar toqquşmasında ölənlərin sayı 14-ə çatıb, daha 84 nəfər yaralanıb.
“The Guardian” qəzetinin verdiyi məlumata görə, qəza bazar ertəsi axşamı Cakarta yaxınlığındakı Bekasi şəhərində şəhərətrafı qatarın şəhərlərarası qatarla toqquşması nəticəsində baş verib. Dövlət dəmir yolu şirkəti PT KAI-nin baş direktoru Bobbi Rasidi ölənlərin sayının 14-ə çatdığını və xilasetmə işlərinin davam etdiyini təsdiqləyib.
Milli Axtarış və Xilasetmə Agentliyinin direktoru Məhəmməd Syafi əməliyyatın olduqca mürəkkəb olduğunu qeyd edib. O əlavə edib ki, bəzi insanlar hələ də sağdır, lakin qatar vaqonlarının dağıntıları altında qalıblar, buna görə də müvafiq bacarıqlara malik mütəxəssislər kömək üçün cəlb olunurlar.
//Samir Qurbanov, Editor.az

