Golazo” mini-futbol turnirində çıxış edən Təmkin Xəlilzadə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, “Volves”in futbolçusu turnirdəki ilk görüşünü keçirib. Onun komandası ulduz futbolçuların çıxış etdiyi “Qara Pantera” (Black Panter) ilə üz-üzə gəlib.
Matçın maraqlı anlarından biri Xəlilzadə ilə rəqibin ulduzu Rikardo Kuarejma arasında yaşanıb. Azərbaycanlı futbolçu müdafiə olunarkən portuqaliyalı əfsanə ilə sərt hava mübarizəsinə girib. Bu epizod zamanı Kuarejma özünü itirib. Lakin Təmkinin rəqibindən dərhal üzr istəməsi vəziyyətin gərginləşməsinə imkan verməyib.
Qeyd edək ki, görüş “Volves”in 5:4 hesablı qələbəsi ilə başa çatıb.

