AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi – FOTObackend

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib. O bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.