Zaxarova: Almaniya Kiyevi silahlandırmaq əvəzinə Avropanın təhlükəsizliyinə fokuslanmalıdırbackend

Zaxarova: Almaniya Kiyevi silahlandırmaq əvəzinə Avropanın təhlükəsizliyinə fokuslanmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Almaniya son resurslarını Ukraynanın hərbiləşdirilməsinə sərf etmək əvəzinə, ümumi Avropa təhlükəsizliyi və Avropa İttifaqının mövcud böhrandan çıxışı kimi mühüm məsələlərə diqqət yetirməlidir.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Onun sözlərinə görə, Almaniya Ukrayna vətəndaşlarından “canlı qüvvə” kimi istifadə olunmasına şərait yaratmaq əvəzinə, daha strateji və uzunmüddətli hədəfləri nəzərdən keçirməlidir.

Zaxarova həmçinin vurğulayıb ki, Almaniya xalqı yenidən siyasi eksperimentlərin iştirakçısına çevrilib və Ukraynanın vasitə kimi istifadə olunduğu Rusiya ilə qarşıdurmaya sürüklənir.

“Bəs Almaniya xalqının buna ehtiyacı vardımı? Heç kim onların fikrini soruşmadı. İndi isə görünür ki, bu siyasətin nəticələri Almaniya sənayesini, iqtisadiyyatını, elmini və biznes mühitini tənəzzülə aparır. Yəqin ki, indi gəlib çatdıqları vəziyyətə baxıb təəssüflənirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Fridrix Merts daha əvvəl Ukraynanın sülh sazişi və Avropa İttifaqına üzvlük naminə müəyyən ərazi güzəştlərinə getməsinin zəruri ola biləcəyini bildirmişdi. O, həmçinin Ukraynanın 2028-ci ilin yanvarında Aİ-yə qoşulmasını “real olmayan vaxt cədvəli” kimi qiymətləndirmişdi.

//Gülnarə Abasova, Editor.az