Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkənin görünməmiş işçi qıtlığı ilə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, Rusiyanın yaxın tarixində belə bir belə hal heç vaxt qeydə alınmayıb. “Müasir Rusiyada həqiqətən heç vaxt belə bir işçi qıtlığı yaşamamışıq. Heç vaxt belə bir şey yaşamamışıq və bu, bütün iqtisadi vəziyyətə və qərarlarımıza təsir göstərir”, – deyə tənzimləyicinin rəhbəri aydınlıq gətirib.
Elvira Nabiullina qeyd edib ki, əmək bazarı vəziyyətinin vaxtında monitorinqi Rusiya Bankına pul siyasətini daha effektiv şəkildə həyata keçirməyə imkan verəcək. O, həmçinin ölkə üçün davamlı iqtisadi artımın vacibliyini vurğulayıb. Dözülməz rüsvayçılıqdır: Üç ayda korrupsioner Rusiya məmurlarından 150 milyard rubldan çox pul müsadirə edilib
Bundan əvvəl Mərkəzi Bankın rəhbəri əsas faiz dərəcəsi ilə bağlı hər bir qərarın əvvəlcədən müəyyən edilmiş şablona uyğun olaraq deyil, direktorlar şurası tərəfindən fərdi olaraq qəbul edildiyini açıqlayıb.
O, həmçinin iclas zamanı bu məsələ ilə bağlı müzakirələri qeyd edib.
//Samir Qurbanov, Editor.az

