Ukrayna Futbol Assosiasiyası Sergey Rebrovun istefasından sonra milli komandanın baş məşqçisi vəzifəsinə əsas namizədi müəyyən edib.
UA-Football mənbələrə istinadən xəbər verir ki, 75 yaşlı Miron Markeviç əsas namizəd kimi ortaya çıxıb. Əvvəlcə italyan məşqçi Andrea Maldera və ukraynalı məşqçi İqor Yoviçeviç də namizədlər siyahısında idilər, lakin Markeviç əsas namizəd kimi ortaya çıxıb. Yeni milli məşqçi ilə bağlı qərarın tezliklə veriləcəyi gözlənilir.
Məlumata görə, təyinat prezident Andrey Şevçenkonun tam dəstəyini almayıb, lakin bəzi rəhbərlik onu Markeviçin hazırkı vəziyyətdə ən yaxşı seçim olduğuna inandıra bilib.
//Samir Qurbanov, Editor.az

