Putin erməniləri göstərdi, “baş əyirik” dedi – Bakı və Ankaraya qarşı yeni həmləbackend

Putin erməniləri göstərdi, “baş əyirik” dedi – Bakı və Ankaraya qarşı yeni həmlə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına müraciəti birmənalı qarşılanmayıb. Rusiya liderinin, “Bu gün hamı erməni xalqının soyqırımının yüz minlərlə qurbanının xatirəsi qarşısında baş əyir”, – sözləri narazılıq doğurub.

Putin bu “faciə” ilə bağlı ölkəsinin hər zaman eyni mövqedə olduğunu vurğulayıb. Müraciətində erməni xalqını dost adlandıran Kreml rəhbəri, beynəlxalq ictimaiyyəti qondarma “soyqırımı”na qarşı birləşməyə çağırıb.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya prezidentinin “erməni soyqırımı” ilə bağlı müraciəti nağıla bənzəyir:

“Faktiki olaraq Putin ermənilərin boynuna qoyur ki, soyqırımına məruz qalmısınız. Ancaq Ermənistanda yeni hakimiyyət onu kimi düşünmədiyini dəfələrlə nümayiş etdirib. Putin hüquqşünasdır və çox gözəl başa düşür ki, soyqırımı ifadəsini kimlərə şamil etmək olar. Tarixi faktlar var ki, ermənilər Türkiyə ərazisində daha təhlükəsiz yerlərə köçürülüb. Bununla onlar qorunub, lakin köç zamanı ölənlər də olub. Ancaq hec vaxt ermənilərin bir xalq olaraq öldürülməsi ilə bağlı hökumətin nəinki qərarı, hətta niyyəti də olmayıb. Əslində, ermənilər türklərə minnətdar olmalıdırlar ki, onları müharibə meydanında məhv olmaqdan xilas ediblər.

Rusiya prezidentinin bəyanatının heç bir əsası yoxdur və faktlara əsaslanmır. Bu, tamamilə siyasi motivli, aranı qatmaq, hissləri qızışdırmaq, münasibətiləri korlamaq ücün hesablanmış bir addımdır”.

mutellim rehimli 1 900x600 1
Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Rusiya yenə də ermənilərdən Cənubi Qafqaz regionunda bir vasitə kimi istifadəni davam etdirmək niyyətindədir və onları rahat buraxmayacaq:

“Rusiyanın geosiyasi maraqları Zəngəzur dəhlizi üzərində nəzarətin həyata keçirilməsini hədəfləyir. Buna görə də uydurma “soyqırımı” ifadəsindən istifadə edərək ermənilərin ictimai rəyi uğrunda ABŞ ilə rəqabət aparır. Bu, həm də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə zərbə vurmaq, Ermənistanla Türkiyənin yaxınlaşmasına maneə yarataq məqsədinə xidmət edir. Yəni Zəngəzur dəhlizi rahat şəkildə Rusiyanın nəzarətinə keçməsə, regionu yeni konflikt məkanına çevirərək digər maraqlı tərəflərin istəklərinin reallaşmasının da qarşısını almağa hesablanıb. Rusiya prezidenti ermənilərin zəif yerindən “yapışaraq” olduqca təhlükəli bir oyuna start verib. Onun müraciəti erməniləri qorumağa deyil, böyük fəlakətə sürükləyir. Arzu edərdik ki, indi ermənilər həmişə olduğu kimi bu oyunun qurbanına çevrilməsinlər, tarixdən ibrət alsınlar, ağıllı qərar verməyə iradələri çatsın”.