Paşinyan Ağrıdan imtina etdi – Baş nazir Bakıdan bu müraciəti gözləyirbackend

Paşinyan Ağrıdan imtina etdi – Baş nazir Bakıdan bu müraciəti gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi oyunbazlıqlardan birdəfəlik imtina edərsə, Azərbaycan və Türkiyənin təhlükəsizlik təminatı verməsi halında həm ölkə üçün “kadastr sənədi” almağa nail ola bilərlər, həm də ayrı-ayrı qüvvələrin ermənilərdən “maşa” kimi istifadə edib, bölgədə növbəti gərginlik ocağının çatılmasına imkan verməzlər.

Azərbaycan Prezidentinin təqdim etdiyi yol xəritəsinin nə qədər uğurlu və effektiv olduğunu ötən illər ərzində hər kəs gördü. Bir vaxtlar Azərbaycan və Ermənistan arasında uzun illərdən bəri düşmənçiliyin davam etdiyini əsas gətirib, mütləq vasitəçiyə ehtiyac olduğunu deyən, bölgəyə soxulmaqdan ötrü fürsət axtaran qüvvələrin lobbiçiliyini etməyə çalışan Nikol Paşinyan belə, artıq üçüncünün iştirakı olmadan danışmağın, yola getməyin, ticarətin, normal əməkdaşlığın mümkün olduğunu etiraf edib, hər fürsətdə Azərbaycana təşəkkür edir.

Ermənistanda ortalığı qarışdıranlar da az deyil. Bu mənada seçkiöncəsi Paşinyan komandasının 7 iyuna doğru “iynə ilə gor qazdığının da fərqindəyik. Düz 40 gün qalıb. Paşinyan 40-cı qapıdan sağ-salamat içəri keçməkdən ötrü dayanmadan çalışacaq. Özü də təkcə ölkə daxilindəki revanşistlərə, radikal müxalifətə qarşı deyil, həm də ayrı-ayrı qüvvələrin əlində oyuncaq olanlara və fərqli paytaxtların planları əleyhinə mübarizə aparacaq.

JQr32dg6uAO4elpVL1BvDKsQx5eFOVXQJnnUilZU_1200.jpg (138 KB)

Mayın ilk günlərində Avropa İttifaqının sammitinin keçiriləcəyi günlərdə, daha sonra Avropa Siyasi Bürosunun toplantısında da İrəvan Rusiyanın gözündə “İkinci Ukrayna”, yaxud “Moldova ssenarisinin təkrarlanacağı” ölkə kimi görünəcək. Son günlərdə Rusiyadan İrəvana barmaq silkələnməsi davamlı xarakter almaqdadır. Ölkə iqtisadiyyatının miskin günə düşəcəyi barədə təhdidlər müxtəlif rəsmilər tərəfindən ifadə olunur.

2023-cü ildə yaradılmış Ermənistanın “HayaQue” milli vətəndaş birliyi Avropa İttifaqına üzv dövlətlərə, onların hökumətlərinə Avropa Şurasının Prezidentinə, Avropa Komissiyasının Prezidentinə və Avropa Parlamentinin Prezidentinə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştiraklarını yenidən nəzərdən keçirmək üçün müraciət etməsi də bu sarsaq təşkilatın boyunu aşan addımdır. Kremlədən gələn işarələrlə hərəkət edən revanşistlərin bir parçası olan “HayaQue”nin təsis olunmaqda əsas məqsədi Ermənistan Respublikasının cinayət qanunvericiliyinə dəyişikliklər edilməsi və Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını cinayət məsuliyyəti yaradan əməl kimi təsbit edilməsidir. İndi belə bir axmaq iddiada olan qurum özünü Ermənistanın təəssübkeşi kimi sırımağa çalışır.

Belə ağıl sahibləri Ermənistan siyasətinə təsir imkanları əldə etsələr, bölgədə hansı hadisələr baş verə bilər, təsəvvür etmək çətin deyil. Hələlik Paşinyan yaxasına Ermənistanın sərhədləri bəlli olmayan xəritəsini sancıb, seçkiləri qazanmaq üçün çalışır.

Deyəsən, erməni baş nazir ötən həftə etdiyi ciddi səhvlərin baha başa gələ biləcəyini anlayıb. Türkiyəyə qarşı irəli sürülən saxta “soyqırım” iddialarına həsr olunan yürüşə izn verilməsi, özünün qondarma abidə qarşısında görünməsi, həmçinin təhlükəsizliyin təminatı adlandırdıqları Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına görə heç kimin məsuliyyətə cəlb olunmaması cavabsız qalmayacaqdı.

Paşinyan bu perspektivi anladığı üçün hərəkətə keçib. Budur, daxili işlər naziri Arpine Sarkisyanla işçi müzakirəsi keçirib. Həmin müzakirələrdən bəlli olub ki, Ermənistanın yeni biometrik pasportlarında Ağrı dağının təsvirləri olmayacaq. Erməni mediası Paşinyana istinadən yazır ki, biometrik pasportların və şəxsiyyət vəsiqələrinin tətbiqi son mərhələdədir; onlar 2026-cı ilin payızından etibarən vətəndaşların ixtiyarına veriləcək.

Düzdür, yeni pasportlarda “301-ci ildə xristianlığın dövlət dini kimi qəbul edilməsini simvolizə edən Müqəddəs Eçmiədzinin Ana taxt-tacının təsviri” də əksini tapır, bunun özü birmənalı qəbul oluna bilməz. Üçkilsə tarixi Qərbi Azərbaycandırsa, ermənilərin İrəvan xanlığına köçü 2 əsr əvvəl, Rusiya-İran müharibəsindən sonra həyata keçirilibsə və bu bölgənin əsl sahibləri deportasiya olunubsa, o halda təqdim olunan təsvirlərin özü də növbəti saxtakarlıqdır. Həmçinin İrəvanın, Alagözün, Göyçə gölünün, həmçinin “10-cu əsrə aid Berdkunk” adlandırılan, Göyçə mahalındakı səsi-sorağı e.ə. II-I minilliklərdə yenidən qurulan tarixi abidələrdən biri kimi gələn Ağ qalanın erməni pasportlarında əksini tapması özü də mübahisəlidir. Beləcə, Paşinyan “real Ermənistan” qurduğunu deyir, amma ermənilərə zərrə qədər aidiyyatı olmayan ünvanları ölkənin vətəndaşlarının pasportuna köçürür.

Hər halda sülhün əldə olunması üçün müəyyən məsələlərə göz yumuruq.  Amma burası da var ki, Ermənistan Konstitusiyasında Türkiyənin vilayətlərinə, Azərbaycanın ərazilərinə iddia saxlandığı halda, Ağrı dağının əksini pasportlardan yığışdırmaqla problemi həll etmək mümkün olmayacaq. Odur ki, Azərbaycan Prezidentinin irəli sürdüyü əsas tələb icra olunmalı – Ermənistan Konstitusiyasından və normativ hüquqi aktlardan ərazi iddiaları yığışdırılmalıdır. Əks halda, sülh sazişinin imzalanması belə, nəticə verməyəcək.

Dd4A0SdQ86IwPH3i5X1hEXDsiJPCZmckY0zJ7DxF_1200.jpg (79 KB)

Son günlər erməni revanşistlər davamlı şəkildə Azərbaycanın daxili işlərinə də burun soxmağa cəhd göstərirlər. Maraqlısı budur ki, Kremlə bağlı olan revanşistlərə Avropanın bəzi paytaxtlarından da dəstək gəlir, gah özləri çıxıb getmiş ermənilərin Qarabağ qaytarılması barədə sərsəmləyirlər, ya da hansısa abidənin guya dağıdılmasına görə şivən qoparırlar. İşğal dövründə olduğu kimi, Qarabağ məsələsi yenə də bir-birinə düşmən olan paytaxtları birləşdirir.

Bu arada, Xocalı canisi Robert Köçəryan növbəti dəfə başından böyük qələtlər qarışdırmaqdadır. O, Masis şəhərindəki görüşdə hazırkı situasiyada “Qarabağa qayıdış hüququndan” danışmağın real olduğunu iddia edib. İddiasına görə, indiki beynəlxalq şərait buna imkan verir. Köçəryanın zənn edir ki, dünyadakı qeyri-sabit vəziyyətdə hərəkətə keçməsələr, sonra gec olar. Haylar hər zaman dünyanın qarışıq vaxtlarında mükafatlandırılıblar, dişlərində şirə qalıb. Rusiya-İran müharibələrindən sonra özlərinə “vətən” qazanıblar, Birinci Dünya Müharibəsindən sonra ölkə əldə ediblər, İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların kütləvi deportasiyasını reallaşdırıb, əvəzində başqa ölkələrdən erməni köçünü reallaşdırıblar. Nəhayət, SSRİ dağılandan sonra Qarabağ hərəkatı…Dişi qana batmış Xankəndi ermənisi Köçəryan Real Ermənistan qurmağı hədəfləyən, seçki platformasını sülh tezisləri üzərində quran Paşinyanla son döyüşə yeni müharibə şüarı ilə gedir.

sCNCwSGxgc64lonSlw3Kl5B8nfpNdOs8WpVRiomm_1200.jpg (120 KB)

Onu peşman etmək həm də bizim – Türkiyə və Azərbaycanın işidir. Deputat Qüdrət Həsənquliyev çox doğru təşəbbüslə çıxış edib: “Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! Onunla bağlı qiyabi məhkəmə keçirilə, Köçəryan barəsində məhkəmə qərarı çıxarıla bilər. Biz onu Ermənistandan tələb edə bilərik ki, Azərbaycana verilsin. Bəlkə də biz bu istiqamətdə addımlar atmağa yubanmışıq. Amma bu addımı indi də atmaq olar. Özü də təkcə onu yox, Sərkisyanı və digər hələlik ədalət mühakiməsindən qaça bilmiş erməni caniləri, müharibə cinayətləri törətmiş, mülki insanlara qarşı ağır cinayətlər etmiş şəxsləri”. Əsl vaxtıdır. Əminəm ki, Nikol Paşinyan özü də Bakıdan belə bir müraciət gözləyir, həm də öz yolunu təmizləmək üçün. Necə ki, Bakıda layiqli cəzalarını almış qaniçənlərlə bağlı bircə dəfə də olsun “azad edin” müraciətini etməyib. Paşinyanın konstitusiya dəyişikliklərinə gedən yolu həm də onun Köçəryan kimi qaniçənlərin tabutunun üstündən keçir…

Müsavat.com