Suraxanıda məktəbdə dərslər dayandırılıb? – RƏSMİbackend

Suraxanıda məktəbdə dərslər dayandırılıb? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakı məktəbində dərslərin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

Milli.Az xəbər verir ki, 87 nömrəli tam orta ümumtəhsil məktəbindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 18-də sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Bildirilib ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

“Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, – məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada yayılan iddialara görə, Suraxanıda yerləşən məktəbin 7-ci sinfində oxuyan şagird rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib.