İran İsraili yenə hədələdibackend

İran İsraili yenə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrail və HƏMAS arasındakı qarşıdurmaya yeni oyunçuların cəlb oluna biləcəyi ehtimalını istisna etmir.

Editor.az bildirir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

“Biz Qəzzada dinc sakinlərə qarşı geniş və şiddətli hücumların davam etməsindən son dərəcə narahatıq. Bu vəhşi davranış qəbuledilməzdir və digər hökumətlər buna uyğun cavab verməlidir”, – Baqiri bildirib.
Xatırladaq ki, cümə axşamı Böyük Britaniyanın baş naziri İsrailə rəsmi səfərə gəlib.

ABŞ prezidenti Co Bayden də bir gün əvvəl burada idi. ABŞ və Britaniya liderləri Fələstin radikalları HƏMAS-a qarşı mübarizədə İsraili dəstəklədiklərini bildiriblər. ABŞ yəhudi dövlətinə hərbi yardımı davam etdirəcək.

//Samir Qurbanov, Editor.az