Türkiyədə 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova evdə ölü tapılıb.
Editor.az medianews.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunda baş verib.
Qadının meyitini polis aşkarlayıb. İlkin araşdırma zamanı onun bədənində döyülmə və kəsici-deşici alət izləri müəyyən edilməyib.
Mənzildə narkotik maddə olduğu ehtimal edilən maddə də aşkarlanıb.
Polis İbadova ilə birlikdə yaşayan Ferhat adlı şəxsin hadisə barədə məlumat verilməzdən təxminən 15 dəqiqə əvvəl evdən çıxdığını müəyyən edib. Onun axtarışına başlanılıb.
Qadının meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

