Elşən Nəsirov vəfat etdibackend

Elşən Nəsirov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

Bu barədə Universitetin məlumatında bildirilib.

Elşən Nurəddin oğlu Nəsirov 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olunub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.

Əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışmış, zəngin peşəkar təcrübə qazanıb.

2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə Naxçıvan şəhərində “İdeal” firmasının direktoru vəzifəsində çalışıb. Sonrakı illərdə də müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir.

2020-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasında müəllim kimi çalışırdı.

Allah rəhmət eləsin!