Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi – FOTObackend

Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.

Editor.az  “Qaynarinfo”ya istinadən xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, Kənan Aşurov 1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, iki övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ildə xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-də vəfat edib.

Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - FOTO