Kremlə ŞOK zərbə – Bu əraziləri də itirirbackend

Kremlə ŞOK zərbə – Bu əraziləri də itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya İqtisadi İttifaqının mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçirilən sammiti bu dəfə daha çox siyasi gərginlik və açıq mesajlarla yadda qaldı. Görüşün əsas diqqətçəkən məqamı Rusiyanın Ermənistana yönələn sərt ritorikası oldu.
Rusiya prezidenti Vladimir Putin Moskvada səsləndirdiyi mövqeyi Astanada da təkrarlayaraq bildirdi ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçəcəyi təqdirdə, Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirə bilməyəcək.

Ermənistan MDB-dən çıxır: Rusiya növbəti şoku necə adladacaq? -  Globalinfo.az

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Ermənistanın baş naziri ölkəsinin Avrasiya İqtisadi İttifaqını tərk etmək niyyətində olmadığını bir daha vurğulayıb. Onun sözlərinə görə, Paşinyanın mövqeyi İrəvanın hazırda balanslı xarici siyasət axtarışında olduğunu ortaya qoyur. Elxan Şahinoğlunun fikrincə, Rusiya Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də təsir imkanlarını artırmağı planlaşdırır: “Halbuki reallıq fərqlidir. Çinin Mərkəzi Asiyadakı fəallığı Rusiyanın fəallığını üstələyib. Qazaxıstanın Çinə borcu sürətlə artır və Astananın Pekin qarşısındakı öhdəlikləri qarşıdakı illərdə artmağa davam edəcək kimi görünür. Qazaxıstan 2025-ci ildə Çindən təxminən 3,5 milyard dollardan çox kredit alıb və bu ölkəyə borcu təxminən 13 milyard dollara çatıb. Qazaxıstan Çinin istiqrazlarından da faydalanmağa çalışır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iddialı iqtisadi proqramlar qəbul edib və bu proqramların reallaşması üçün əlavə maliyyə resurslarına ehtiyac var”.

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

Elxan Şahinoğlu xatırladıb ki, Çin-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutu üzrə ilk konteyner qatarı artıq yola salınıb: “Marşrutun Çin-Əfqanıstan ticarətinin inkişafına kömək etməsi nəzərdə tutulur. Bundan başqa, Çin Özbəkistanla “yaşıl enerji” sahəsində əməkdaşlıq memorandumu imzalayıb. Pekin yalnız iqtisadi yatırım, zavod və fabriklərin tikintisi ilə kifayətlənmir. Çin Tacikistana iki ölkə arasında yeganə rəsmi quru sərhəd keçid məntəqəsi olan Kulma sərhəd məntəqəsinin modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılmasına kömək edir. Çin həmçinin layihənin xərclərini ödəməyi öhdəsinə götürüb. Bu o deməkdir ki, Çin Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi yollarını arayır. Çinin Mərkəzi Asiyada artan fəallığını müşahidə edən Türkiyə, ABŞ və Avropa İttifaqı da bölgə ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar. “Tramp yolu”nun işə düşməsiylə Mərkəzi Asiyanın zənginlikləri Türkiyə, Avropa İttifaqı ölkələrinə və ABŞ-a çatdırılacaq”.