Mütəxəssis xəbərdarlıq etdi: Siqaret çəkənlərdə bəzi ağrıkəsicilər mədə qanaxması riskini artıra bilərbackend

Mütəxəssis xəbərdarlıq etdi: Siqaret çəkənlərdə bəzi ağrıkəsicilər mədə qanaxması riskini artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siqaret çəkən insanlarda bəzi ağrıkəsici preparatların qəbulu mədə-bağırsaq sistemində qanaxma riskini artıra bilər.

Editor.az xəbər verir ki, bu barədə farmasevtika üzrə ekspert Valentina Milovanova bildirib.

Onun sözlərinə görə, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlardan — ibuprofen və diklofenak kimi dərmanlardan istifadə edən siqaret çəkən şəxslərdə mədə qanaxmalarına daha çox rast gəlinə bilər. Buna səbəb tütün tüstüsünün mədənin selikli qişasına mənfi təsir göstərməsi və onu zədələməsidir.

Mütəxəssis qeyd edib ki, siqaret çəkmək bəzi dərmanların təsirini də zəiflədə bilər. Bu səbəbdən bəzi hallarda müalicəvi effekt əldə etmək üçün preparatların dozasının artırılmasına ehtiyac yarana bilər. Lakin daha yüksək doza, öz növbəsində, dərmanların əlavə təsirlərinin yaranması riskini artırır.

Ekspertin sözlərinə görə, siqaretin orqanizmə vurduğu zərər dərmanların mənfi təsirlərini də ağırlaşdıra bilər.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, 35 yaşdan yuxarı siqaret çəkən qadınlarda hormonal kontraseptivlərdən istifadə infarkt və insult riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Valentina Milovanova siqaretdən imtinanın istənilən yaşda və xəstəliyin istənilən mərhələsində faydalı olduğunu vurğulayıb. Onun fikrincə, siqaretdən uzaq durmaq müalicə prosesini daha təhlükəsiz və proqnozlaşdırıla bilən edir, həmçinin orqanizmin müalicəni daha asan qəbul etməsinə kömək göstərir.

//Gülnarə Abasova, Editor.az