NATO Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı hava təlimlərinə başlayırbackend

NATO Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı hava təlimlərinə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiya ilə həmsərhəd ölkələrin də daxil olduğu geniş coğrafiyada hava qüvvələrinin iştirakı ilə “Ramstein Flag 2026” hərbi təlimlərinə start verir.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Bu il üçüncü dəfə keçirilən irimiqyaslı hərbi təlimlərin əsas mərhələlərinə Danimarka, Finlandiya, Norveç, İsveç və İspaniya ev sahibliyi edir. Təlimlərdə ümumilikdə 19 ölkənin hərbi kontingenti iştirak edir.

NATO Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, təlimlər çərçivəsində “Boeing E-3A Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarələri də daxil olmaqla 150-dən çox hava vasitəsinin cəlb edilməsi nəzərdə tutulur. Hər gün orta hesabla 150 uçuşun həyata keçirilməsi planlaşdırılır.

Təlim ssenarilərində hava hücumundan müdafiə sistemlərinin tətbiqi, hava əməliyyatlarının koordinasiyası və müttəfiq qüvvələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

“Ramstein Flag 2026” NATO-nun son illərdə keçirdiyi ən iri hava təlimlərindən biri hesab olunur və alyansın kollektiv müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.

//Gülnarə Abasova, Editor.az