Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumət iclasında 8 mayda məzuniyyətə çıxacağını açıqlayıb.
Paşinyanla yanaşı, ölkə hökumətinin əksər üzvləri də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl məzuniyyətə çıxacaqlar. Paşinyan seçki kampaniyası müddətində məzuniyyətə çıxır və xatırladıb ki, Ermənistanda kampaniya dövrü 8 mayda başlayır.
Ermənistanın Baş naziri qeyd edib ki, hökumətin əsas prioriteti parlament seçkilərini beynəlxalq standartlara uyğun keçirmək, vətəndaşların iradəsinin sərbəst ifadəsini təmin etmək və rüşvətxorluğun və seçicilərə qarşı digər təzyiq formalarının aradan qaldırılmasıdır. “Hüquq-mühafizə orqanlarımız əla iş görüblər, amma biz ehtiyatlılığımızı itirə bilmərik.”– Nikol Paşinyan bildirib. O əlavə edib ki, əgər 2021-ci il seçkiləri yüksək səviyyədə keçirilibsə, hazırkı kampaniya da yüksək standartlara cavab verməlidir.
//Samir Qurbanov, Editor.az

