Zelenski ABŞ-ın vitse-prezidenti ilə danışdı: əsas müzakirə mövzuları açıqlandıbackend

Zelenski ABŞ-ın vitse-prezidenti ilə danışdı: əsas müzakirə mövzuları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.

Zelenski bu barədə özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, tərəflər cəbhədəki son vəziyyəti, Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarını, ölkənin müdafiə ehtiyaclarını və sülhün təmin olunması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Prezident ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib və Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Zelenski əlavə edib ki, ABŞ administrasiyası ilə müntəzəm dialoq Ukraynanın təhlükəsizliyi və davamlı sülhün əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az