NATO ABŞ-a məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Müzakirə olunan əsas ölkələr sırasında Polşa, Finlandiya və Litva yer alır.
Məlumata görə, alyans Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərinin artması fonunda nüvə çəkindirmə potensialını gücləndirməyə çalışır. Yeni plan çərçivəsində ABŞ-ın taktiki nüvə silahlarının Şərqi və Şimali Avropada yerləşdirilməsi variantları dəyərləndirilir.
Qeyd olunur ki, yekun qərar hələ qəbul edilməyib və müzakirələr davam edir. Bu barədə Almaniyanın Süddeutsche Zeitung qəzeti məlumat yayıb.
//Samir Qurbanov, Editor.az

