Paşinyandan diqqətçəkən açıqlama: Azərbaycanla sülh prosesində daha bir mühüm sual varbackend

Paşinyandan diqqətçəkən açıqlama: Azərbaycanla sülh prosesində daha bir mühüm sual var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla uzunmüddətli və davamlı sülhün əldə olunması üçün ölkəsinin yeni Konstitusiyasının qəbulunun kifayət edib-etməyəcəyi məsələsinə aydınlıq gətirilməsinin vacibliyini bildirib.

Editor.az xəbər verir ki, Paşinyan bu barədə danışarkən Ermənistanla Azərbaycan arasında sülh prosesinin gələcək perspektivlərinə toxunub.

Baş nazir xatırladıb ki, ötən həftə Ermənistan parlamentində müxalifət yeni Konstitusiyanın qəbulunun Bakı ilə sülh sazişinin imzalanmasına yol açıb-açmayacağı məsələsini gündəmə gətirib.

Müzakirələr zamanı başqa bir mühüm məqam da diqqətə çatdırılıb. Belə ki, iki ölkə arasında münasibətlər normallaşdıqdan sonra gələcəkdə yeni fikir ayrılıqlarının, mübahisələrin və qarşıdurma səbəblərinin yaranması ehtimalı da müzakirə olunub.

Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti qarşıdakı dövrdə məhz bu məsələlərə cavab tapmağa çalışacaq.

“Yaxın vaxtlarda səylərimizi bu suallara cavab almağa yönəldəcəyik”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.