Yaponiyanın keçmiş baş nazirinin ölüm səbəbi AÇIQLANDIbackend

Yaponiyanın keçmiş baş nazirinin ölüm səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın keçmiş baş naziri Yasuo Fukudanın 90 yaşında vəfat etməsinin səbəbi məlum olub.

Editor.az “Nikkei” nəşrinə istinadən xəbər verir ki, Yasuo Fukuda oktyabrın 22-də Tokiodakı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Keçmiş baş nazirin böyük oğlu, Yaponiya parlamentinin Nümayəndələr Palatasının üzvü Tatsuo Fukuda atasının 90 il yaşadığını və ömrünün sonunadək çalışdığını bildirib.

Mərhumun dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə məhdud çərçivədə keçirilib. İctimai vida mərasiminin isə daha sonra təşkil olunacağı bildirilib.

Yasuo Fukuda Vaseda Universitetini bitirdikdən sonra neft şirkətində çalışıb. O, 1990-cı ildə ilk dəfə Nümayəndələr Palatasına seçilib. 2000-ci ildə Yosiro Morinin rəhbərlik etdiyi hökumətdə Nazirlər Kabinetinin baş katibi vəzifəsinə təyin olunub və sonradan bu vəzifəni Cuniçiro Koidzuminin baş nazirliyi dövründə də davam etdirib. Fukuda bu vəzifədə ümumilikdə 1289 gün çalışıb.

O, 2007-ci ilin sentyabrında Sindzo Abenin yerinə Yaponiyanın baş naziri olub. Fukuda ölkə tarixində ikinci nəsil baş nazir kimi tanınıb. Onun atası da 1970-ci illərdə Yaponiyanın hökumətinə rəhbərlik edib.

2008-ci ilin sentyabrında istefa verən Fukuda vida mətbuat konfransında jurnalistin çıxışının soyuq səsləndiyi barədə iradına verdiyi cavabla yadda qalıb. O, özünə obyektiv yanaşa bildiyini, bunu isə jurnalistin edə bilmədiyini söyləyib. Həmin ifadə Yaponiyada ilin yeni söz və populyar ifadəsi mükafatının ilk onluğuna daxil olsa da, siyasətçi mükafatı qəbul etməyib.

Siyasətdən 2012-ci ildə uzaqlaşan Fukuda sonrakı illərdə beynəlxalq fəaliyyətlə məşğul olub və Asiya üzrə Boao Forumunun Direktorlar Şurasına rəhbərlik edib.

//Gülnarə Abasova, Editor.az