Rusiya və Ermənistan arasında SƏFİR QALMAQALI – Rəsmi Moskva sükutu pozdubackend

Rusiya və Ermənistan arasında SƏFİR QALMAQALI – Rəsmi Moskva sükutu pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Moskva ilə İrəvan arasında diplomatik təyinatla bağlı yayılan şayiələrə münasibət bildirib.

Musavat.com xəbər verir ki, nazirlikdən verilən məlumatda Samvel Mkrtçyanın Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyinin təsdiqlənməsindən imtina edilməsi barədə xəbərlər təkzib olunub.

“Bu məlumat həqiqətə uyğun deyil”, – deyə Rusiya XİN-dən bildirilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən Rusiya tərəfinin daha əvvəl Ermənistanın Polşadakı səfiri işləmiş Mkrtçyanın namizədliyini razılaşdırmaqdan imtina etdiyini yazıb. Nəşr bu qərarın onun Avropa ölkələrindəki çoxillik diplomatik fəaliyyəti ilə bağlı ola biləcəyini ehtimal edib.

“Hraparak” həmçinin iddia edib ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri Qurgen Arsenyan yayda bir sıra Rusiya dairələrinin nümayəndələri ilə vidalaşaraq avqustda Ermənistana qayıdıb, lakin sonradan yenidən Moskvaya dönərək fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Samvel Mkrtçyan 2018-ci ilin noyabrında Ermənistanın Polşadakı səfiri təyin edilib. Bura qədər o, Ermənistanın Livan diplomatik missiyasına rəhbərlik edib, ölkəni NATO-da təmsil edib və Ermənistan XİN-in Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik İdarəsinə rəhbərlik edib. Varşavadakı fəaliyyətindən sonra Mkrtçyan Ermənistan XİN-in Avropa idarəsinə başçılıq edib. 2025-ci ilin aprelində isə viza siyasəti dialoqu çərçivəsində Ermənistana gələn Avropa İttifaqının ekspert missiyası ilə işdə iştirak edib.

Musavat.com