Övladının yeni evinə əşyalar aparmağa gedirdi, qonşusu ilə birlikdə həyatını itirdi: Təfərrüat – Foto/Videobackend

Övladının yeni evinə əşyalar aparmağa gedirdi, qonşusu ilə birlikdə həyatını itirdi: Təfərrüat – Foto/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri – 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov yük avtomobili ilə yola çıxıblar.

Belə ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin evə məişət əşyaları aparmaq məqsədilə “QAZel” markalı yük avtomobili ilə yola düşüblər. Lakin səfər faciə ilə nəticələnib. Qəza zamanı hər iki şəxs hadisə yerində həyatını itirib.

Qeyd edək ki, toqquşmanın gücündən “QAZel” markalı yük avtomobili iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri – 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar.

Oxu.Az onların fotolarını təqdim edir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Salyan rayonunda “QAZel” markalı yük avtomobil maneəyə çırpılıb, iki nəfər ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində Sabirabad rayonu, Muğangəncəli kənd sakinləri – 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.