Kim Dotkom: Moskva Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdırbackend

Kim Dotkom: Moskva Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Megaupload” platformasının yaradıcısı, daha çox Kim Dotkom kimi tanınan Kim Şmits Rusiyanın Ukraynadakı müharibə başa çatdıqdan sonra da uzun illər Qərbin təzyiqləri ilə üzləşəcəyini iddia edib.

Editor.az xəbər verir ki, O, amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Moskva gələcəkdə Avropa ilə birbaşa hərbi qarşıdurma ehtimalını da nəzərə almalı və buna hazırlaşmalıdır.

Kim Dotkomun sözlərinə görə, Ukraynadakı münaqişənin başa çatması Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanı bitirməyəcək. Onun fikrincə, Avropa ölkələri və Qərb Rusiyaya qarşı təzyiq siyasətini davam etdirəcək.

Qeyd edək ki, bu açıqlama Kim Dotkomun şəxsi qiymətləndirməsidir və gələcək hadisələrin inkişafı ilə bağlı rəsmi proqnoz və ya təsdiqlənmiş fakt hesab olunmur.

//Samir Qurbanov, Editor.az