Rusiya Gürcüstanın işğal altında saxladığı Cənubi Osetiya bölgəsini rəsmi şəkildə öz ərazisinə qatmağa hazırlaşır. Bu iddia Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın yaydığı birgə bəyanatda yer alıb.
Editor.az xəbər verir ki, Böyük Britaniya hökumətinin rəsmi saytında dərc olunan sənəddə bildirilir ki, Moskvanın atdığı addımlar Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlib və beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunur.
Bəyanat müəllifləri Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayaraq, Rusiyanı bölgənin ilhaqına yönəlmiş planlardan imtina etməyə, həmçinin Gürcüstanın işğal olunmuş ərazilərindəki hərbi qüvvələrini geri çəkməyə çağırıblar.
NATO ölkələri beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi davam etdirməyə səsləyiblər.
//Samir Qurbanov, Editor.az

