Pentaqon pilotsuz aparatlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alırbackend

Pentaqon pilotsuz aparatlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə məqsədilə AeroVironment şirkəti ilə LOCUST lazer sistemlərinin tədarükünə dair ilk müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 400 milyon dollar təşkil edir.
Bloomberg agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, sövdələşmə ABŞ ordusunun lazer əsaslı hava hücumundan müdafiə texnologiyalarının tətbiqini genişləndirmək strategiyasının mühüm hissəsi hesab olunur.

LOCUST sistemi pilotsuz uçuş aparatlarını aşkarlamaq, izləmək və yüksək dəqiqliklə zərərsizləşdirmək üçün nəzərdə tutulub. Mütəxəssislərin fikrincə, lazer silahları ənənəvi raket sistemləri ilə müqayisədə daha aşağı əməliyyat xərcləri və ardıcıl atəş imkanları sayəsində kütləvi dron hücumlarına qarşı effektiv müdafiə vasitəsi kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az