Taylandda futbol matçı faciə ilə nəticələndi: İldırım oyunçunu vuraraq öldürdübackend

Taylandda futbol matçı faciə ilə nəticələndi: İldırım oyunçunu vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandın Narativat əyalətində keçirilən futbol qarşılaşması zamanı ildırımın meydana düşməsi faciəyə səbəb olub.
Hadisə güclü yağış və ildırımla müşayiət olunan hava şəraitində baş verib. İldırımın zərbəsi nəticəsində 24 yaşlı futbolçu Sofvan Avə həyatını itirib, daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, təcili tibbi yardım briqadası hadisə yerinə operativ şəkildə cəlb olunsa da, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Faciədən sonra qarşılaşma dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az