Psixoloq emosional vəziyyətə təsir edən rəngləri açıqladıbackend

Psixoloq emosional vəziyyətə təsir edən rəngləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rənglər insanın emosional vəziyyətinə, narahatlıq səviyyəsinə və ətraf aləmi qavrama tərzinə ciddi təsir göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə klinik psixoloq, yüksək kateqoriyalı KDT-terapevti Anjelika Yeremenko “İzvestiya”ya müsahibəsində danışıb.

Psixoloqun sözlərinə görə, rənglər insanın emosional vəziyyətini idarə etməyə kömək edən mühüm vasitələrdən biridir. Bu zaman təkcə rəngin özü deyil, onun tonunun nə dərəcədə parlaq və ya solğun olması da böyük rol oynayır. Mütəxəssis bildirib ki, əşyaların forması insanın hisslərinə ciddi təsir göstərmir.

Yeremenko qeyd edib ki, orta dərəcədə doymuş isti tonlar sevinc hissi yarada bilər. Lakin eyni rəngin həddindən artıq parlaq və tünd çaları qıcıqlanma hissini artırır. 

Onun sözlərinə görə, hər bir rəng özünəməxsus psixoloji və təkamül mənasına malikdir. Belə ki, qırmızı rəng enerji və təhlükə ilə assosiasiya olunduğundan qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Mavi rəng isə psixikanı sakitləşdirir, diqqətin cəmlənməsinə və məhsuldarlığın artmasına kömək edir.

Psixoloq əlavə edib ki, yaşıl rəng harmoniya hissi yaradan neytral rəng hesab olunur. Sarı rəng istilik və nikbinliklə əlaqələndirilsə də, onun həddindən artıq çoxluğu narahatlıq hissini gücləndirə bilər. 

Mütəxəssis iş mühitində mavi və yaşıl çalarlardan istifadə etməyi tövsiyə edib. Onun fikrincə, bu rənglər diqqəti artırır və stressi azaldır. İstirahət üçün isə yumşaq mavi, yaşıl və digər sakit tonlar daha uyğundur. 

//Gülnarə Abasova, Editor.az