Psixoloq münasibətdə xəyanəti göstərə bilən 7 əsas əlaməti açıqladıbackend

Psixoloq münasibətdə xəyanəti göstərə bilən 7 əsas əlaməti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münasibətlərdə davranış dəyişiklikləri bəzən tərəflər arasında etimad problemlərinə səbəb olur.

Editor.az xəbər verir ki, Rusiyalı psixoloq Artem Deqtyaryovun sözlərinə görə, partnyorun davranışında müşahidə olunan bəzi dəyişikliklər xəyanət ehtimalına işarə edə bilər.

Mütəxəssis bildirib ki, qəfil qapanıqlıq, emosional yaxınlığın azalması, fiziki təmasdan yayınma, səbəbsiz aqressiya, şəxsi məkana həddindən artıq ehtiyac duyulması, yazışmaların gizlədilməsi və gündəlik həyat ritminin dəyişməsi diqqət çəkən əsas əlamətlər sırasındadır.  

Psixoloq vurğulayıb ki, bu əlamətlər hər zaman xəyanət demək deyil. Onun fikrincə, eyni davranışlar daxili psixoloji böhran, emosional yorğunluq, günah hissi və ya münasibətlərdəki ümumi problemlərlə də bağlı ola bilər.  

Deqtyaryov qeyd edib ki, münasibətdə əsas məsələ “xəyanəti necə aşkar etmək” yox, tərəflər arasında niyə əvvəlki yaxınlıq və açıq dialoqun itdiyini anlamaqdır. O, şübhələrin nəzarətə, izləməyə və davamlı sorğu-suala çevrilməsinin münasibətlərdə qalan etimadı da məhv etdiyini bildirib.  

Mütəxəssisin fikrincə, sağlam münasibətlərdə ən vacib amil tərəflərin bir-biri ilə açıq danışa bilməsi və problemləri birlikdə müzakirə etməsidir.  

 

//Gülnarə Abasova, Editor.az