Putin: “Müharibənin sonu yaxınlaşır, danışıqlara hazırıq”backend

Putin: “Müharibənin sonu yaxınlaşır, danışıqlara hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Astanada jurnalistlərə bildirib ki, Ukrayna ilə danışıqların davam etdirilməsinə hazırdır.

Musavat.com xəbər verir ki, Putin heç vaxt danışıqlardan imtina etmədiyini vurğulayıb:
“Hazırda tam mənada danışıqlar aparılmır, lakin biz buna hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik”, — deyə Putin bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər arasında müəyyən təmaslar hələ də saxlanılır.
Putin müharibənin nə zaman başa çatacağını dəqiq deməyin mümkün olmadığını da qeyd edib. Eyni zamanda o vurğulayıb ki, cəbhədəki vəziyyət elə formalaşır ki, bu, müharibənin yekunlaşdığını söyləməyə əsas verir.