Qobustanda stansiya ərazisində güclü yanğın – VİDEObackend

Qobustanda stansiya ərazisində güclü yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.