Rusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub – FOTO – VİDEObackend

Rusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin rəisi Damir Davıdov həlak olub.

Oxu.Az bildirir ki, bu barədə konkret mənbə göstərmədən “VÇK-OGPU” “Telegram” kanalı xəbər yayıb.

Rəsmi olaraq bu məlumat təsdiqlənməyib.

Ukraynanın “Mirotvorets” saytının məlumatına görə, Davıdov Balaşixada Kojedub küçəsində yaşayıb. Həmin küçə maşının partladığı Koldunov küçəsi ilə kəsişir.

Balaşixadakı partlayış iyunun 9-da səhər saat 05:30-da (Bakı vaxtı ilə 06:30 – red.) sürücü maşına əyləşib hərəkətə başladığı zaman baş verib.

“Kommersant” qəzeti mənbələrə istinadən xəbər verib ki, avtomobilin alt hissəsində 500 qrama qədər trotil ekvivalentində gücü olan partlayıcı qurğu işə düşüb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi qaldırıb.

Rusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO