Rusiyadan İNANILMAZ HƏMLƏ: Delfinlər də müharibəyə qoşuldubackend

Rusiyadan İNANILMAZ HƏMLƏ: Delfinlər də müharibəyə qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Sevastopol sahillərində yerləşən bazasını müdafiə etmək üçün delfinlərdən istifadə etməyə başlayıb.

Bu barədə ABŞ-ın Dəniz İnstitutunun xəbər saytında məlumat yayılıb. Bildirilir ki, ruslar iki təlim keçmiş delfini limanın girişinə yerləşdirib. Məlumata görə, Rusiya Ukrayna müharibəsi başlayandan sonra delfinlərin köməyindən istifadə etməyə başlayıb. Delfinlərin tapşırığı ukraynalı dalğıcların limana sızaraq, fəsadlar törətməsinin qarşısını almaqdır. Qeyd edək ki, Sevastopol Rusiyanın Qara dənizdəki ən böyük hərbi bazasıdır. Delfinlərin hərbi məqsədlər üçün istifadəsi ilk dəfə deyil. Müxtəlif ölkələr delfinlərin köməyindən sitifadə edir.

Kanal.az