Səttar Mehbalıyev yola salınır – Onu əvəz edəcək “həmkar”ın da kimliyi bəllidir…backend

Səttar Mehbalıyev yola salınır – Onu əvəz edəcək “həmkar”ın da kimliyi bəllidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçiriləcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan bildirilib.

Sayta məlumat vərən mənbənin sözlərinə görə, əslində ötən ay keçirilməsi nəzərdə tutulan qurultay ertələnib. Buna səbəb isə qurultayda Səttar Mehbalıyevin bir daha seçilməməsi barədə qərardır. Yeni namizəd müəyyənləşmədiyindən qurultay təxirə salınmışdı.

Məlumata görə, artıq Səttar Mehbalıyevi əvəz edəcək şəxsin kimliyi bəlli olduğundan qurultay yaxın zamanlarda baş tutacaq.