Şəhərin mərkəzində ukraynalı turisti bıçaqladılar – ANBAAN VİDEObackend

Şəhərin mərkəzində ukraynalı turisti bıçaqladılar – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda şəhərin mərkəzi küçələrindən birində kafeyə əcnəbi müştərilər gətirən ukraynalı turist pul üstündə mübahisə etdiyi şəxsin oğlu tərəfindən bıçaqlanıb.

Medianews.az xəbər verir ki, dəhşətli anlar kameralara əks olunarkən turist ağır yaralanıb.

Baş verən hadisədə Ukrayna vətəndaşları Dmitro Ponietaikin və Mehmet Nurullah Ş. arasında pul üstündə mübahisə yaranıb. Mübahisə zamanı turist Dmitro Ponietaikin ayağa qalxaraq Mehmet Nurullahı yumruqlayıb. Atasının yumruqlandığını görən Siyahent Ş. Dmitronu bıçaqlayıb.

Ukraynalı turist qanlar içində yerə yıxılarkən, ata və oğul qaçaraq yoxa çıxıblar. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və təcili yardım qrupu göndərilib. Hadisə yerinə gələn təcili yardım ağır yaralanan ukraynalı turisti xəstəxanaya aparıb.

Hadisə yerində araşdırma aparan polislər, qaçan ata və oğlunun tutulması üçün əməliyyata başlayıb. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polislər həmin şəxslərin qaçış yollarını müəyyən edərək, ərazidə axtarışlarını gücləndirib. Araşdırmalar zamanı turisti bıçaqlayan Siyabent Ş. yaxalanıb. Siyabent ifadəsində bıçağı dənizə atdığını deyib. Daha sonra ukraynalı turisti bıçaqlayan şəxsin bundan əvvəl də 6 dəfə cinayət törətdiyi məlum olub.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Medianews.az