Şəmkirdə altı nəfər qidadan zəhərləndibackend

Şəmkirdə altı nəfər qidadan zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda altı nəfər qidadan zəhərlənib. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakinləri 39 yaşlı Mərdan Mehdixanov, 44 yaşlı Könül Məmmədova, 2008-ci il təvəllüdlü Zəhra Mehdixanova, 2011-ci il təvəllüdlü Leyla Mehdixanova, həmyaşıdı Yusif Məmmədov və 2017-ci il təvəllüdlü Cümşüd Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlar pendir və meyvədən zəhərləniblər. Adıçəkilən şəxslərin səhhəti normaldır.

//İlham, Editor.az