Şirkətlər “AccessBank”dan pullarını geri çəkirbackend

Şirkətlər “AccessBank”dan pullarını geri çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ikinci yarısında “AccessBank” QSC-də hüquqi şəxslərə məxsus depozitlərin həcmi kəskin azalıb.

Editor.az  Plat.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sonunda hüquqi şəxslərin AccessBank-dakı depozitləri 239 milyon 194 min manat olub.

2026-cı il iyunun 30-na bu göstərici 190 milyon 615 min manata düşüb. Beləliklə, hüquqi şəxslərin bankdakı depozitləri altı ay ərzində 48 milyon 579 min manat və ya 20,3% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə, hüquqi şəxslərin bankdakı depozitlərinin həcmi 18% azalıb.

Fiziki şəxslərin depozitlərində isə ciddi dəyişiklik qeydə alınmayıb. Bu göstərici 893 milyon 187 min manatdan 894 milyon 13 min manata yüksəlib.