Şuşaya 10 sm qar yağıb: Yollarda təmizləmə işləri aparılır – FOTObackend

Şuşaya 10 sm qar yağıb: Yollarda təmizləmə işləri aparılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa şəhərində qar yağmaqda davam edir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.