Tramp: “İran ABŞ-dan zərbələri dayandırmağı yalvararaq xahiş edirdi”backend

Tramp: “İran ABŞ-dan zərbələri dayandırmağı yalvararaq xahiş edirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri Vaşinqtondan İslam Respublikasına endirilən hava zərbələrinin dayandırılmasını israrla xahiş ediblər.

Ağ Ev rəhbərinin sözlərinə görə, hücumlar zamanı İran tərəfi dəfələrlə ABŞ-a müraciət edərək hərbi əməliyyatların dayandırılmasını istəyib. Tramp bu barədə CNN telekanalına açıqlamasında danışıb.
Reuters

İran rəsmiləri isə Trampın bu açıqlamasını təkzib edərək ABŞ-la danışıqların bərpası üçün heç bir müraciət etmədiklərini bildiriblər.

//Samir Qurbanov, Editor.az