Putin keçmiş sovet respublikaları ilə əlaqələri gücləndirmək istəyir: MDB sammitində iqtisadi müstəqillik mesajıbackend

Putin keçmiş sovet respublikaları ilə əlaqələri gücləndirmək istəyir: MDB sammitində iqtisadi müstəqillik mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AP-nin məlumatına əsasən, Xəzər dənizi sahilində yerləşən Avaza kurort zonasında keçirilən görüşdə Putin MDB-ni üzv dövlətlər arasında iqtisadi, sosial, mədəni və humanitar əlaqələrin qorunmasına xidmət edən regional platforma kimi təqdim edib.

O, rus dilinin də bu ölkələr arasında əlaqələndirici rol oynadığını qeyd edib.

Rusiya liderinin çıxışında əsas diqqət iqtisadi əməkdaşlığa yönəlib. Putinin bildirdiyinə görə, 2025-ci ildə Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 110 milyard dolları ötüb. O, hesablaşmaların təxminən 90 faizinin milli valyutalarla həyata keçirildiyini bildirib.

Bu yanaşma Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalar şəraitində alternativ iqtisadi əlaqələr qurmaq siyasəti ilə əlaqələndirilir. Milli valyutalarla hesablaşmaların genişləndirilməsi dollar və digər xarici valyutalardan asılılığın azaldılması məqsədinə xidmət edə bilər.

Sammit çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla da görüşlər keçirilib. Putin İranla münasibətlərin əhəmiyyətini vurğulayıb və regiondakı münaqişələrin diplomatik yollarla həllinə dəstək verməyə hazır olduğunu bildirib. Pezeşkian isə Moskva ilə Tehran arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

//Samir Qurbanov, Editor.az