Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Almaniya kansleri Fridrix Mertsin keçmiş kansler Gerhard Şröderin Moskva səfərinə verdiyi reaksiyaya kəskin münasibət bildirib.
Musavat.com xəbər verir ki, Medvedyev sosial şəbəkə hesabında Almaniyanın mövcud rəhbərliyini sərt sözlərlə hədəf alıb.
Rusiya rəsmisi bəyanatında bildirib:
“Hitler tərəfdarlarının törəməsi olan Merts Şröderin Rusiyaya səfərindən hiddətlənib. Yaxşı, biz bilirik ki, indiki kansler “son ukraynalıya qədər müharibə”ni dəstəkləyir. İndi onun yanına heç kim gəlməyəcək — nə ad gününə, nə də dəfninə”.

