Şübhəlilərdən 4-ü məhkəmə qərarı ilə həbs olunub.
Fevralın 6-da qardaş ölkənin yarısını viran qoyan zəlzələlərin episentri olan Kahramanmaraşda sosial əxlaqsızlığın bariz nümunəsi yaşanıb.
Türkoğlu icra nümayəndəliyi də əməliyyatla bağlı açıqlama verib. Açıqlamada konteyner də daxil olmaqla çoxlu sayda materialın ələ keçirildiyi bildirilib:
“Türkoğlu Prokurorluğunun tədbirləri nəticəsində başlatdığı əməliyyatlarda 2 sənədsiz tapança, 1 sənədsiz ov tüfəngi və bu silahlar üçün sursat, təxmini dəyəri 1,5 milyon TL olan konteyner, elektron əşyalar, qida və məişət materialları ələ keçirilib.
Bundan başqa, keçirilən əməliyyatlar zamanı 8 nəfər tutularaq barələrində qanunamüvafiq tədbirlər görülüb, 4 nəfər həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb”.
Yenisabah.az